Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

Azercell milli dəyərlərimizi müasir texnologiyalar vasitəsilə yaşatmaq, onları geniş auditoriyaya tanıtmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə “Milli və müasir” rəqəmsal muzeyi layihəsini təqdim edir. Bu innovativ təşəbbüs sənət və texnologiyanı birləşdirərək şirkətin hər iki sahəyə olan dəstəyini bir daha vurğulayır.

Unikal layihə çərçivəsində Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən 15-dən çox rəqəmsal incəsənət nümunəsi “Milli və müasir” muzeyində artıq nümayiş olunur. Bu məzmun ənənəvi təsvir və muzeylərdən tutmuş film və teatr tamaşalarına qədər milli mədəni irsin geniş spektrini özündə birləşdirir. Süni İntellekt (AI) və Kompüterlə Yaradılmış Görüntülər (CGI) kimi qabaqcıl texnologiyalar vasitəsilə hazırlanan məzmun Azərbaycan mədəniyyətinə müasir baxış qazandırır.​ Platformada təqdim edilən rəqəmsal məzmunun daha da genişləndirilməsi nəzərdə tutulur.   

Layihə haqqında daha çox məlumat əldə etmək, müxtəlif müsabiqələrə qoşulmaq və hədiyyələr qazanmaq üçün Azercell-in Instagram səhifəsini izləyin.

spot_imgspot_img

Oxşar xəbərlər

YouTube-da süni intellekt dövrü: axtarış funksiyası mobil tətbiqə gəlir

YouTube süni intellekt dəstəkli Ask YouTube axtarış funksiyasını mobil tətbiqdə istifadəyə verir.

AMB bankların kreditləşmə yanaşmasını dəyişir: yeni prudensial tələblər

Azərbaycan Mərkəzi Bankı kredit risklərinin idarə edilməsi üzrə prudensial tələbləri təkmilləşdirib.

Bitcoin 83 min dollardan yuxarı qalxaraq Koreya səhmlərindən ayrıldı

Bitcoin 83 min dollar səviyyəsini keçərək Asiya səhmlərindəki enişdən ayrılıb.

Fintech şirkəti Ramp 1,85 milyard dollar investisiya alıb

ABŞ fintech şirkəti Ramp 1,85 milyard dollarlık investisiya turunu tamamlayıb.

Bitcoin 83 min dollardan aşağı düşdü: dollar güclənir, bazar ehtiyatlıdır

Bitcoin 83 min dollar səviyyəsindən aşağı düşüb. Dolların güclənməsi və istiqraz gəlirlərinin artması bazar iştirakçılarını ehtiyatlı davranmağa sövq edir.
spot_img