Azərbaycanda “Temu” sahibi barəsində iş qaldırılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Tech.az Dövlət Agentliyinin açıqladığı “2026-cı il üzrə hökmran mövqedən sui-istifadə ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlər barədə məlumat”a istinadən xəbər verir ki, barəsində iş qaldırılan “PDD Holdings” şirkətidir.

Bildirilib ki, “PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqeyindən sui-istifadə edib.

Daxili müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma nəticəsində şirkətin Azərbaycan Rəqabət Məcəlləsinin 16.2.1 (aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi), 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərini pozmasına dair əlamətlər müəyyən edilib.

Agentlyin açıqlamasında əlavə edilib kiç hazırda işə baxılması davam edir.

Mənbə: Tech.az

spot_imgspot_img

Oxşar xəbərlər

Activision oyun personajlarını səsli söhbətlə öyrədəcək

Activision oyunçuların Discord kimi tətbiqlərdəki səsli reaksiyalarını süni intellektə öyrədərək NPC-ləri danışdırmağı planlaşdırır.

Meta süni intellekt rəhbərindən super zəka barədə xəbərdarlıq

Meta-nın süni intellekt rəhbəri Riemann hipotezinin süni intellektlə isbatlanmasını super zəkanın xəbərçisi hesab edir.

ABŞ Konqresində kripto və prezident administrasiyası üzərində nəzarət dinləmələri genişlənir

ABŞ Konqresinin müxtəlif komitələri prezident administrasiyası və kripto sektoru üzərində nəzarət dinləmələrini genişləndirir.

OpenAI baş elmi işçisi süni intellektin inkişafına sürət həddi qoymağı təklif edir

OpenAI baş elmi işçisi süni intellektin inkişafına sürət həddi qoymaq üçün ilk növbədə ölçü meyarları barədə razılığın vacib olduğunu bildirib.

Şimali Koreya öz süni intellekt çat-botunu təqdim etdi: “Müdriklik mənbəyi”

Şimali Koreya "Müdriklik mənbəyi" adlı yerli süni intellekt çat-botunu təqdim edib. Sistem koreya və ingilis dillərində sualları cavablandırır və tərcümə edir.
spot_img