Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi”ni təsdiqləyib.

Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:

– “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,25 %-i;

– “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0,75 %-i;

– “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,5 %-i.

– digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

Qərar bu il iyunun 1-dən qüvvəyə minir.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ inflyasiyası və Coinbase-in Deribit satınalması: Kripto həftəsinə baxış

ABŞ inflyasiya məlumatları və Coinbase-in Deribit-i alması kripto bazarının həftəlik hərəkətlərini müəyyən edəcək.

Harmony blockchain süni intellekt təhdidləri səbəbindən bağlanmaq istəyir

Harmony blockchain süni intellekt təhdidləri səbəbindən şəbəkəni bağlamaq istəyir. ONE token emissiyası AI video biznesinə yönləndirilə bilər.

Marketplacelərin çatdırılma məntəqələrinin sayı milyonluq şəhərlərdə 12% artıb

Milyonluq şəhərlərdə marketplace çatdırılma məntəqələrinin sayı 12% artıb, ən sürətli artım Yekaterinburq və Permdə qeydə alınıb.

KOBİ-lər üçün ön mühasibat platforması Poneo istifadəyə verildi

KOBİ-lər üçün ön mühasibat platforması Poneo istifadəyə verilib. Platforma maliyyə müşavirlərinə operativ prosesləri vahid ekranda idarə etməyə imkan verir.

Bitcoin Liquid yan zəncirində 4000 BTC çıxarılıb

Liquid yan zəncirində 4000 BTC çıxarılıb və şəbəkə müvəqqəti dayandırılıb. Hakerlər vəsaiti qaytaracaqlarını bildiriblər.
spot_img