Azərbaycan qanunları pozulur – “Temu”ya məlumat verildi

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçt rabitəsi operatorları ilə müzakirələr aparılıb.

Müzakirə zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub.

Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ qaldırılacaq.

Məsələ ilə bağlı “Temu” elektron ticarət platformasının məsul nümayəndələri ilə də müzakirələr aparılıb. Danışıqlar zamanı poçt rabitəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri “Temu” təmsilçilərinin diqqətinə çatdırılıb. Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və problemlər yaranan zaman onların qısa müddətdə aradan qaldırılması üçün İKTA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Əlavə olaraq qeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş məlumat əsasında sürətli poçt xidməti fəaliyyət növü üzrə verilmiş lisenziyaların siyahısı Agentliyin veb-saytında dərc olunur və “Temu” əməkdaşlıq etdiyi poçt rabitəsi operatorlarının lisenziya məlumatlarını bu siyahı ilə dəqiqləşdirə bilər.

Aparılan müzakirələrin nəticəsi olaraq 217 obyekt haqqında məlumat “Temu” elektron ticarət platformasından yığışdırılıb. Həmçinin gələcəkdə analoji problemlərin qarşısının vaxtında alınması və vətəndaş müraciətlərinin effektiv cavablandırılması məqsədilə İKTA və “Temu” arasında qarşılıqlı işbirliyinə dair razılıq əldə edilib.

Qeyd edək ki, bu yanaşma həm sahənin sağlam inkişafına, həm də vətəndaşların daha etibarlı və keyfiyyətli poçt rabitəsi xidmətləri ilə təmin olunmasına xidmət edəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Çin 5,7 milyard dollarlıq fırıldaqla bağlı 61 800 BTC müsadirə etmək istəyir

Çin prokurorları 5,7 milyard dollarlıq fırıldaq sxemi ilə bağlı 61 800 BTC-nin müsadirəsini tələb edir. Britaniya məhkəməsi zərərçəkənlərin iddialarına Çin hüququnun tətbiqinə qərar verib.

Anthropic arxa planda işləyən Claude Duet süni intellekt agentini təqdim etdi

Anthropic tapşırıqları arxa planda icra edən Claude Duet AI agentini təqdim edib. Yeni alət kiçik biznes və peşəkarların gündəlik işlərini avtomatlaşdırmağı hədəfləyir.

Maliyyə Nazirliyi rəqəmsallaşmanı 1-2 il ərzində tamamlamağı planlaşdırır

Maliyyə Nazirliyi rəqəmsallaşma prosesini 1-2 il ərzində tamamlamağı hədəfləyir. Qurumun nümayəndəsi rəqəmsal maliyyə ekosisteminin yeni mərhələsini təqdim edib.

Bitcoin 85 min dollara yüksəldi, sonra geri çəkildi

Bitcoin 84 min dollarlıq müqaviməti keçsə də, texnologiya səhmlərindəki narahatlıq fonunda 82,5 min dollara geri çəkilib.

Recursive Flint adlı noutbuk üçün kodlaşdırma modelini təqdim etdi

Recursive startup-ı əsasən süni intellekt tərəfindən hazırlanan Flint kodlaşdırma modelini təqdim edib.
spot_img