“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

“Azərpoçt” MMC kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətini istifadəyə verib. 

Şirkətin yaydığı məlumatda bildirilir ki, təqdim olunan “Mobil POS” xidməti POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsini təmin edir və bu kimi digər üstünlükləri ilə sahibkarların işini asanlaşdırır.

Belə ki, “Mobil POS” xidmətinə qoşulmanın ödənişsiz olması, depozit tələbinin olmaması, tətbiqin təhlükəsizliyi və eləcə də gündəlik qəbul edilən ödənişlərin gün sonunda sahibkarın cari hesabına və ya biznes kartına köçürülməsi kimi imkanlar xidmətin rahatlığından xəbər verir.

Ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verən tətbiq istənilən təmassız ödənişləri (Apple Pay, Google Pay, VISA və MasterCard kartları) dəstəkləyir.

Xidmətdən istifadə etmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar “Play Market”dən “AzMPos” tətbiqini yükləyə bilərlər.

Qeyd edək ki, hesabın açılması ödənişsizdir. Eyni zamanda sahibkarlara əlavə olaraq bank kartı da hədiyyə edilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Standard Chartered və SBI kripto sığortaçısı Soter-ə investisiya yatırır

Standard Chartered və SBI kripto sığortaçısı Soter-ə investisiya yatırıb. Maliyyələşdirmə 23,5 milyon dollara çatıb, əlavə olaraq BTC və ETH dəstəyi alınıb.

TikTok çatdırılma və alış-veriş üçün ayrıca TikTok Shop tətbiqini sınaqdan keçirir

TikTok Cənub-Şərqi Asiyada ayrıca TikTok Shop tətbiqini test edir. Bu addım şirkətin Amazon və Temu ilə e-ticarət rəqabətində yeni mərhələdir.

Claude yeni şəxsi maliyyə aləti ilə xərcləri təhlil edir

Claude-un yeni Personal Finance aləti istifadəçilərə bank hesablarını qoşaraq xərcləri təhlil etməyə imkan verir. Bu, fintex və bank sektorunda yeni rəqabət mərhələsi açır.

Workup Girişimçilik Proqramının 14-cü dövrünü 10 startap bitirdi

Türkiyə İş Bankasının dəstəyi ilə keçirilən Workup Girişimçilik Proqramının 14-cü dövrünü 10 startap bitirib.

Discovered Materials süni intellekt üçün beş həll olunmamış materialşünaslıq probleminə 1 milyon dollar ayırır

Discovered Materials startapı beş materialşünaslıq probleminin həlli üçün ümumilikdə 1 milyon dollar mükafat ayırıb.
spot_img