“Azərpoçt” İnternet bankçılıq xidmətini istifadəyə verib

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC rəqəmsallaşma və elektron kommersiya istiqamətində bir sıra rəqəmsal həllər təklif edib.

Bunlardan biri də test rejimini uğurla keçərək müştərilərin istifadəsinə verilən “İnternet bankçılıq” xidmətidir. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir. Həmçinin xidmətdən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan üstünlüklərdən də faydalana bilərlər:

•Banka gəlmədən pulköçürmələrini həyata keçirmək;

•Bank hesablarına nəzarət etmək;

•Bütün növ bank köçürmələrini izləmək, ödəniş tapşırığı və çıxarış əldə etmək;

•Mübadilə əməliyyatlarını həyata keçirmək;

•Gündəlik valyuta məzənnəsi barədə məlumat almaq;

•Əməkhaqqı köçürmələrini rahat və sürətli şəkildə həyata keçirmək və s.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan və istifadəyə verilən bu kimi yeni biznes həllər istifadəsinə və rahatlığına görə, ən əsası isə zamana qənaət etmək baxımından müştəri məmnuniyyəti yaradır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitmine 75 milyon dollarlıq ether aldı: institusional investorlar hələ də az çəkiyə malikdir

Ethereum-a fokuslanan ən böyük xəzinə şirkəti Bitmine 75 milyon dollarlıq ether alıb və institusional investorların kripto aktivlərə marağının artacağını proqnozlaşdırır.

Hana Bank Cənubi Koreyanın ilk rəqəmsal istiqrazını buraxdı

Cənubi Koreyanın ikinci ən böyük bankı Hana Bank Euroclear-ın blokçeyn platforması ilə ölkənin ilk rəqəmsal istiqrazını buraxıb.

Claude köməyi ilə tədqiqatçılar OpenAI-ı sındırdı

Kibertəhlükəsizlik mütəxəssisləri Claude köməyi ilə OpenAI infrastrukturunda zəifliklər tapıb.

Google və Apple stabilcoin və tokenizasiya üzrə kripto mütəxəssisləri axtarır

Google və Apple stabilcoin və tokenizasiya layihələri üçün kripto mütəxəssisləri axtarır.

Bir kanal artıq dayaq deyil: biznes e-ticarətdə satışları necə şaxələndirir

E-ticarət satıcıları satışları şaxələndirmək üçün öz onlayn mağazalarını yenidən açır.
spot_img