“Azərikard” ilk ödəniş sistemi lisenziyası alan təşkilat oldu

“Azərikard” MMC Mərkəzi Bankdan ilk dəfə ödəniş sistemi operatoru lisenziyası alan təşkilat oldu.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Azərikard” MMC-yə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Qeyd edək ki, indiyədək Mərkəzi Bank tərəfindən təşkilatlara elektron pul təşkilatı, və ödəniş təşkilatı lisenziyaları təqdim edilmişdi.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ödəniş sistemi operatoru (Mərkəzi Bank istisna olmaqla) ödəniş sistemləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər. Ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemidir. 

Ödəniş sistemi operatoru – Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxsdir.

Qeyd edək ki, indiyədək “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC, “PashaPay” MMC, “Mobile Payment Solutions” MMC, “Mpay” QSC, “Paysis” MMC, “PulPal” MMC, “Qoldenpey” ASC, “K Group” MMC, “Azərikard” MMC elektron pul təşkilatı, “Token Azərbaycan” MMC, “Global İnnovations” MMC, “Drakaris” MMC, “Multi Solutions” MMC, “M.A.X Sistemləri Plyus” MMC, “Cibpay” MMC ödəniş təşkilatı və “Azərikard” MMC ödəniş sistemi lisenziyası alıblar. 

spot_imgspot_img

Oxşar xəbərlər

Gamma, Accel dəstəkli dizayn startupı Lica-nı satın aldı

Gamma, dizayn startupı Lica-nı satın alaraq AI və dizayn sahəsində gücünü artırır.

Airbound otonom drone texnologiyaları üçün 37 milyon dollar investisiya aldı

Otonom drone texnologiyaları üzrə ixtisaslaşan Airbound, 37 milyon dollar investisiya cəlb edib.

Claude Cowork artıq çatdakı məlumatları xatırlayır

Anthropic, Claude Cowork üçün paylaşılan yaddaş funksiyasını təqdim edir. İstifadəçilər artıq AI-ya təkrar məlumat verməyəcək.

ABŞ Dövlət Bank Birlikləri öz milli blokçeyn şəbəkəsini qurmağı planlaşdırır

ABŞ-ın dövlət bank birlikləri stabillcoinlər və tokenləşdirilmiş depozitlər üçün öz milli blokçeyn şəbəkəsini qurmağı planlaşdırır.

POSCO ticarət debitor borclarını Avalanche blokçeynində tokenləşdirir

Cənubi Koreyanın ticarət nəhəngi POSCO, ticarət debitor borclarını Avalanche blokçeynində tokenləşdirib. Bu, ənənəvi maliyyənin blokçeynə inteqrasiyasının nümunəsidir.
spot_img