Azərikard beynəlxalq əməkdaşlığını genişləndirir.

21.05.2024-cü il tarixində Qardaş Türkiyənin, İstanbul şəhərində “Azərikard” və “SAS” şirkəti arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.

“Azərikard” MMC-nin Baş direktoru Fərid Quliyev bu əməkdaşlığın hər iki tərəf üçün uzunömürlü və davamlı olacağına əminliyini vurğulayıb: “Mən inanıram ki, bu əməkdaşlıq təşkilatların fəaliyyətinə dəyər qatacaq və mövqelərinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan bazarında ən son və müasir təcrübələrin tətbiq olunması müştərilərimizin xidmətlərinin təhlükəsizliyinə töhfə verəcək, yeni innovativ həllərə yol açacaq”.

“SAS Türkiyə” şirkətinin Baş direktoru Rasim Eğri isə bildirib ki, “İnanıram ki, Azərikard-la birlikdə Azərbaycan da fəaliyyət göstərən banklara daha təhlükəsiz, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik”. 

50 ildir fəaliyyətdə olan SAS-ın qabaqcıl texnologiyaları, maliyyə sahəsində risklərin minimuma endirilməsi və itkilərin qarşısının alınması üçün ən mükəmməl həllərdən biridir. 

Bu əməkdaşlıq çərçivəsində Azərikard-ın imkanları SAS-ın qabaqcıl texnologiyaları, qlobal təcrübə və həll imkanları ilə birləşərək müştərilərimizin daha yüksək təhlükəsizlik və etibarlılığına şərait yaradacaq, dünya bazarında qabaqcıl həll olan “SAS Fraud Management” sistemlərinin tətbiqi ilə şirkətin potensialını daha da artıracaq.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ-ın kripto qanun layihəsi uğursuzluğa düçar oldu: sektor növbəti addımları gözləyir

ABŞ Konqresində Clarity Act kripto qanun layihəsi keçə bilməyib, sektor qeyri-müəyyənlik içində.

IMF: daxili stablecoin-lər dollar tələbini artıra bilər

IMF, daxili stablecoin-lərin dollar tələbini artıra biləcəyini açıqlayıb.

Hadrian 1,37 milyard dollar investisiya topladı: dəyərləmə 7,87 milyarda çatdı

Hadrian, 1,37 milyard dollar investisiya toplayaraq dəyərləməsini 7,87 milyard dollara çatdırıb.

Binance Bitcoin həcm nisbəti rekord qırdı: fyuchers əməliyyatları spotu 8 dəfə üstələdi

Binance platformasında Bitcoin fyucers əməliyyatlarının həcmi spotu 8 dəfə üstələyərək rekord qırıb.

Yapay zeka altyapısına odaklanan optik bağlantı girişimi Lumilens, 700 milyon doların üzerinde yatırım aldı

Süni intellekt altyapısına yönələn Lumilens, 700 milyon dollardan çox investisiya alaraq böyüməsini davam etdirir.
spot_img