Azərbaycanda Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması üçün təkliflərin qəbuluna başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması üçün təkliflərin qəbuluna başlayıb.

Məlumata görə, son illərdə aparılan uğurlu islahatlar, aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid, ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının icrası, vergi sisteminin səmərəliliyinin artırılması mövcud Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətli və anlaşılan olmasını, bir sıra məsələlərin detallı tənzimlənməsini və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsini zəruri edir.

Əlverişli biznes mühitinin yaradılması, habelə dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznes nümayəndələri ilə fikir mübadiləsinin aparılması, onların rəy və təkliflərinin, qarşılaşdığı çətinliklərin, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi prosesində onların təkliflərinin dinlənilməsi və öyrənilməsi məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi olaraq sahəvi görüşlər keçirilib. Həmin görüşlərdə irəli sürülən bir sıra təkliflər uğurlu təcrübələr də nəzərə alınmaqla vergi qanunvericiliyində aparılmış dəyişikliklərdə öz əksini tapıb. Bu baxımdan sahibkarlar, sahəvi assosiasiyalar, bütövlükdə biznes və ictimaiyyət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təqdim ediləcək təkliflər xüsusi önəm daşıyır.

Bu çərçivədə Dövlət Vergi Xidməti qarşıdakı 1 ay ərzində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ölkədə biznesin inkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxan çətinliklərin həllinə yönəlmiş Vergi Məcəlləsində tənzimlənməyən, habelə Vergi Məcəlləsində olub təkmilləşdirilməsi zəruri hesab edilən istiqamətlərə dair əsaslandırılmış təkliflərin qəbuluna başlayır.

Bununla bağlı vətəndaşlar, biznes ictimaiyyəti və vergi ödəyiciləri tərəfindən təkliflərin təqdim edilməsi üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb. Rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki rəsmi səhifələrində həmin bölməyə xüsusi keçid linki yerləşdirilib:

“Biznes cəmiyyətini, sahibkarları vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə öz töhfəsini verməyə dəvət edirik”, – deyə müraciətdə qeyd olunub.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ-ın kripto qanun layihəsi uğursuzluğa düçar oldu: sektor növbəti addımları gözləyir

ABŞ Konqresində Clarity Act kripto qanun layihəsi keçə bilməyib, sektor qeyri-müəyyənlik içində.

IMF: daxili stablecoin-lər dollar tələbini artıra bilər

IMF, daxili stablecoin-lərin dollar tələbini artıra biləcəyini açıqlayıb.

Hadrian 1,37 milyard dollar investisiya topladı: dəyərləmə 7,87 milyarda çatdı

Hadrian, 1,37 milyard dollar investisiya toplayaraq dəyərləməsini 7,87 milyard dollara çatdırıb.

Binance Bitcoin həcm nisbəti rekord qırdı: fyuchers əməliyyatları spotu 8 dəfə üstələdi

Binance platformasında Bitcoin fyucers əməliyyatlarının həcmi spotu 8 dəfə üstələyərək rekord qırıb.

Yapay zeka altyapısına odaklanan optik bağlantı girişimi Lumilens, 700 milyon doların üzerinde yatırım aldı

Süni intellekt altyapısına yönələn Lumilens, 700 milyon dollardan çox investisiya alaraq böyüməsini davam etdirir.
spot_img