Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət “Süni İntellektə Hazırlıq İndeksi” metodologiyası hazırlanacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət orqanlarında (qurumlarında) Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi və dövlət orqanlarına (qurumlarına) təqdim olunması, dövlət orqanlarında (qurumlarında) rəqəmsal effektivlik və Sİ-nin tətbiqi üzrə illik hesabatlılıq sisteminin qurulması, avtomatlaşdırılmış proseslərin ümumi iş yükündəki payının hədəf göstəricilərə çatdırılmasının təmin edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Cənubi Koreya ticarət nəhəngi POSCO International debitor borclarını tokenləşdirir

Cənubi Koreya ticarət nəhəngi debitor borclarını blokçeynə köçürür.

Süni intellekt və HR maliyyə xidmətlərində: bank sistemlərinin müasirləşdirilməsi

Süni intellekt bank sistemlərinin ön və arxa ofislərini necə dəyişdirir? Finextra tədbirində cavablar.

Beyin dalğaları fiziki süni intellektin növbəti açılışı ola bilər

Frontier fiziki AI modelləri üçün beyin dalğası oxunuşları yeni açılış ola bilər.

CLARITY aktının şansı azalır, BitMEX bağlanır: Hodler’s Digest

CLARITY aktı uğursuzluğa məhkum, BitMEX fəaliyyətini dayandırır. Kripto sektoru konsolidasiya mərhələsindədir.

İstifadəçi RTX 4080-in içərisinə süni intellekt sürətləndiricisi taxdı

RTX 4080 qrafik kartına Tesla V100 əlavə edərək böyük dil modellərini işə salmaq mümkün oldu.
spot_img