Azərbaycanda elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçotu üçün xüsusi platforma yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınması ilə bağlı xüsusi platforma yaradıb.

Məlumata görə, DVX-nın rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələlərinə toxunublar. İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tətbiq etdiyi həllər, vergi uyğunluğu, məlumat mübadiləsi, gəlir vergisinə yanaşma, rəqəmsal vergi mexanizmləri kimi təcrübələr barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın vergi xidməti tərəfindən tətbiq olunan yeniliklər və İnternet Vergi İdarəsinin imkanları diqqətə çatdırılıb.

Platforma DVX-nın İnternet Vergi İdarəsində yaradılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 81 min dollara geri çəkildi: faiz dərəcələri enir, səhmlər sarsılır

Bitcoin 81 min dollara qayıdıb, səhmlər və faiz dərəcələri təzyiq altındadır. ETF axınları artır, lakin bazarın gözləntisini hələ qarşılamır.

Microsoft süni intellekti çətin hallarda həkimləri üstələyir: Suleymanın iddiası

Microsoft-un yeni diaqnostik süni intellekt sistemi çətin hallarda həkimləri üstələyib, lakin üstünlüyün əsas mənbəyi alt modellərdir.

Nintendo Switch 2 süni intellekt və 25 dollarlıq oyunla kırıldı

Nintendo Switch 2 konsolu süni intellekt alətləri və 25 dollarlıq eShop alışı ilə kırılıb. Hakerlər konsolun müdafiə sistemini aşmağa nail olublar.

Google Gemini dəstəkli naviqasiyanı CarPlay platformasına gətirir

Google Gemini dəstəkli naviqasiya təcrübəsini Apple CarPlay istifadəçilərinə təqdim edib. Funksiya əvvəlcə ABŞ-da, sonra qlobal miqyasda yayılacaq.

Capcom 11 milyon hesabı əhatə edən data pozuntusu yaşadı

Capcom 11 milyon hesabı əhatə edən data pozuntusu yaşadığını elan edib. Şirkət kredit kartı məlumatlarının təhlükəsiz olduğunu bildirir.
spot_img