Azərbaycanda elektron resept təqdim olunub

Səhiyyə Nazirliyinin “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimat mərasində baş tutub.

Bildirilib ki, rəqəmsal səhiyyə ekosisteminin başlıca məqsədi vətəndaşlara keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsidir. Rəqəmsal səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.

Səhiyyə naziri Teymur Musayev çıxışında rəqəmsal texnologiyaların tibbi xidmət təminatçılarına və pasiyentlərə məlumatları əlçatan etməklə ortaq qərar verməkdə həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırdığını söyləyib: “2023-cü ildən səhiyyənin rəqəmsal transformasiyası layihəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən “Elektron epikriz” informasiya sistemi tətbiq edilir. Elektron epikriz sistemi vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid reyestrinin yaradılmasını təmin etməklə fərdin sağlamlıq məlumatlarının axtarışına və standart formada sənədlərin hazırlanmasına imkan yaradıb”.

Onun sözlərinə görə, bu gün Səhiyyə Nazirliyinin hazırladığı Elektron resept sisteminin və mobil tətbiqin, eləcə də “Təqib və izləmə sistemi”nin təqdimatı keçirilir: “Hər iki informasiya sistemi əczaçılıq sektorunun rəqəmsallaşdırılması tədbirləri çərçivəsində “Dərman vasitələri haqqında” qanuna edilən əlavə və dəyişikliklərə uyğun olaraq hazırlanıb. Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”.

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov vurğulayıb ki, səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədlərindən biri tibbi məlumatların müalicə zamanı qərar qəbuletmə prosesinə inteqrasiyasını təmin edərək onları vahid səhiyyə informasiya sistemində mərkəzləşdirəcək: “Bu da öz növbəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda məlumatlara maneəsiz çıxışın təmin edilməsidir. Rəqəmsal səhiyyə strategiyasının reallaşması ölkəmizdə müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal səhiyyə ekosistemini formalaşdıracaq. Bu, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin tətbiqi, xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı texnologiyaların istifadəsi, hər bir vətəndaşın ehtiyacına uyğun yüksək keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına imkan yaradacaq”.

Tədbirdə həmçinin “TCHealth Information Technologies Ltd” (Türkiyə) şirkətinin məsləhətçisi Yusuf İzzet Akay və Səhiyyə Nazirliyin e-resept layihəsi üzrə baş məsləhətci Üzeyir Qurbanlı təqdimatla çıxış ediblər. Tədbir çərçivəsində rəqəmsal səhiyyə və “E-resept”ə dair videoçarxlar nümayiş olunub.

Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan bir sistemdir. Eyni zamanda E-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir.
Report

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 86 min dollara yaxın konsolidasiya edir, BCH kəskin artır

Bitcoin 86 min dollara yaxın konsolidasiya edir, bazar genişliyi daralır, Bitcoin Cash isə CME fyuçers listingi fonunda 32% artıb.

Azərbaycan və Qazaxıstan arasında investisiya axını iki dəfə artıb

Qazaxıstandan Azərbaycana birbaşa investisiyalar 2026-cı ilin ilk yarısında iki dəfədən çox artaraq 28 milyon dollara çatıb.

BlackRock: süni intellekt agentləri stablecoin ilə hesablama gücü alacaq

BlackRock hesab edir ki, süni intellekt agentləri öz hesablama gücünü stablecoin vasitəsilə alacaq və bu, ödəniş bazarında əsas fürsət olacaq.

Raiffeisen Bitpanda ilə 11 Avropa bazarında kripto ticarətinə başlayır

Raiffeisen bank qrupu Bitpanda ilə əməkdaşlıq edərək 11 Avropa bazarında kripto ticarətinə başlayır.

Qualcomm Snapdragon 8 Elite Gen 6 ilə AI performansını artırır

Qualcomm yeni Snapdragon 8 Elite Gen 6 prosessorunu təqdim edib, çip süni intellekt əməliyyatlarında 35%-ə qədər artım vəd edir.
spot_img