Azərbaycanda aylıq gəliri 8 min manatdan çox olanlar sosial vergini fərqli formada ödəyə bilər

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş sosial verginin ödənilməsi qaydası dəyişə bilər.

“Report” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn ildən aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10 %-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15 %-i qədər sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü – 25 %).

Aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10 %-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11 %-i qədər sosial sığorta haqqı ödəyəcək. (sosial vergi yükü – 21 %).

Aylıq gəlir 200 manata qədər olduqda isə hazırda qüvvədə olan qaydada sığortaolunan 3 %, sığortaedən isə 22 % sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü – 25 %).

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulur.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin yeni boğa bazarının ilkin mərhələsində, lakin 83 min dollar kritik səviyyədir

CryptoQuant-ın hesabatına görə, Bitcoin yeni boğa bazarının ilkin mərhələsindədir, lakin 83 min dollar səviyyəsi kritik olaraq qalır.

Generalist robotika startupı 3 milyard dollarlıq dəyərləməyə çatdı

Fiziki süni intellekt startupı Generalist, 200 milyon dollarlıq yeni maliyyə turu ilə 3 milyard dollarlıq dəyərləməyə çatdı.

Avstraliya tamamilə süni intellektlə yaradılan mahnıları siyahılardan çıxarır

Avstraliya, tamamilə süni intellektlə yaradılan mahnıların musiqi siyahılarından çıxarılması qərarı verib.

Pacific Fusion kommersiya enerjiyə gedən yolda mühüm addım atır

Fusion enerjisi startup-ı Pacific Fusion, Nyu-Meksikoda özünü enerji ilə təmin edəcək nümayiş obyektinin təməlini qoyub.

OpenAI güclü süni intellekt çipi Jalapeño-nu təqdim edir

OpenAI-ın yeni çipi Jalapeño, süni intellekt yükünü sürətləndirmək üçün hazırlanıb və benchmark testlərində üstün nəticələr göstərib.
spot_img