Azərbaycan Mərkəzi Bankı “İrşad” BOKT-a lisenziya verib

Azərbaycanda elektronika və məişət texnikası üzrə mağazalar şəbəkəsinə sahib olan “İrşad” da digər rəqibləri kimi maliyyə bazarına girir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. “İrşad BOKT” 1 milyon manat nizamnamə kapitalına sahibdir. 

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur.

Qeyd edək ki, buna qədər bir çox özəl şirkətlər həmçninin daxili kreditləşməni təmin etmək üçün BOKT-lər açıblar. Bu sırada hazırda “Embawood”un “EmbaFinans” BOKT-sini və “Optimal Elektroniks”in “Optimal Finance”sini misal göstərmək olar. Hər iki BOKT hazırda bazarda lisenziya ilə fəaliyətdədir. Digər BOKT yaradan isə “ABC-Telecom” MMC-dir. 

spot_imgspot_img

Oxşar xəbərlər

Nominal 240 milyon dollarlıq investisiya ilə 3 milyard dollarlıq qiymətləndirməyə çatdı

Sənaye texnologiyaları sahəsində fəaliyyət göstərən Nominal 240 milyon dollarlıq investisiya cəlb edərək 3 milyard dollarlıq qiymətləndirməyə çatıb.

Stripe OpenRouter-ı aldı: 10 milyondan çox tərtibatçının istifadə etdiyi platforma əl dəyişdirir

Stripe süni intellekt platforması OpenRouter-ı aldığını təsdiqləyib. Anlaşma ödəniş ekosistemi ilə AI infrastrukturu arasında yeni körpü yaradır.

OpenAI Odessia səyahət startupını aldı: Sonder qurucusunun yeni layihəsi

OpenAI səyahət sahəsində fəaliyyət göstərən Odessia startupını aldı. Sonder qurucusunun layihəsi şirkətin real sektorlara genişlənmə strategiyasını əks etdirir.

OpenAI ChatGPT-də biznes profillərini işə salır: axtarış rəqabəti güclənir

OpenAI ChatGPT-də biznes profilləri funksiyasını istifadəyə verib. Yenilik platformanı kəşfiyyat mühərrərinə çevirmək məqsədi daşıyır.

Oura süni intellekt əsaslı tibbi xidmət startapı Counsel Health-i 625 milyon dollara alır

Ağıllı üzük istehsalçısı Oura süni intellekt əsaslı ilkin tibbi xidmət startapı Counsel Health-i 625 milyon dollara əldə edir.
spot_img