Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli innovasiya ekosistemi iştirakçıları və digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov giriş nitqində sürətlə inkişaf edən ölkələrdə startap ekosistemlərinin önəmini qeyd edərək, AİM kimi innovasiya mərkəzlərinin əsas rola sahib olduğunu vurğulayıb. O bildirib ki, “Azərbaycan İnnovasiya Mərkəzi yalnız bir ofis deyil, böyük bir ekosistemin əsas oyunçusudur. Burada startaplar inkubasiya və akselerasiya proqramlarına qatılaraq, investorlarla görüşlər keçirmək, tərəfdaşlıq qurmaq və layihələrini tanıtmaq şansı əldə edəcəklər.” Samir Məmmədov əlavə edib ki, AİM Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlərə uyğun icarə şərtləri və müxtəlif üstünlüklər təqdim edir.

İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva öz çıxışında qeyd edib ki, startaplar innovasiya ekosisteminin mərkəzində yer alır və AİM kimi mərkəzlərin yaradılması ölkə üçün çox böyük önəm daşıyır: “AİM Bakıda bir neçə məkanda fəaliyyət göstərəcək, yaxın gələcəkdə isə Sumqayıt və Gəncədə də genişlənəcək. Bu sayədə regionlarda yaşayan yenilikçi vətəndaşlarımız da öz ideyalarını həyata keçirmək imkanına sahib olacaqlar.”

Tədbirdə İRİA-nın İnvestisiyalar və Ekosistemə Dəstək şöbəsinin rəhbəri Ağahüseyn Əhmədov və AİM-in rəhbəri Elvin Hacıyev mərkəz haqqında geniş məlumat veriblər. Digər çıxışçılar – İRİA-nın texnoparkların inkişafı üzrə eksperti Dominik Piotet, “PAŞA Future Lab”ın icraçı direktoru Fərrux Əliyev və “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim AİM kimi mərkəzlərin ölkədəki əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan İnnovasiya Mərkəzi texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, AİM daha çox beynəlxalq tərəfdaş və şirkət cəlb etməyi, startaplara dəstək proqramlarını genişləndirməyi və onların qlobal bazarlara çıxışını təmin etməyi planlaşdırır. AİM-in məqsədi texnologiya və innovasiyaların iqtisadiyyatda mühüm rol oynadığı güclü bir ekosistem oyunçusu olmaqdır.

spot_imgspot_img

Oxşar xəbərlər

Sürətli dəyişən bazarda investisiya necə edilməlidir? AI investorların fikirləri

TechCrunch tədbirində AI investorları sürətli dəyişən bazarda investisiya etməyin yollarını müzakirə ediblər.

Slate Auto-nun sadə elektrik yük maşınının qiyməti 24,950 dollardan başlayır

Slate Auto, ilk elektrik yük maşınını 24,950 dollardan başlayan qiymətlə təqdim edib. Şirkət bazanı 205 mil məsafə ilə təmin edir.

Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq

Azərbaycan Qiymətləndiricilər Palatası süni intellekt əsaslı avtomatlaşdırılmış qiymətləndirmə modullarını tətbiq etməyi planlaşdırır.

Kaspi.kz, Rabobank A.Ş.-ni satın almaq üçün BDDK təsdiqini aldı

Kaspi.kz, Rabobank A.Ş.-ni satın almaq üçün BDDK-dan təsdiq alıb. Bu, şirkətin Türkiyədə fintex sahəsində genişlənmə strategiyasının bir hissəsidir.

e& UAE 2030 avtonom şəbəkələr yol xəritəsini açıqladı

e& UAE, süni intellekt dövründə avtonom şəbəkələr üçün 2030 yol xəritəsini təqdim etdi.
spot_img