“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanan Anlaşma Memorandumu “ASAN Xidmət” və iki universitet arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” sənəddir.

Anlaşma Memorandumunu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıblar.

Qeyd edək ki, BP şirkəti və Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdan keçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququ qazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindən müxtəlif sahələrdə təlimlər təşkil edilib.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihə müddətində 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilib, 2 mindən çox tələbə tərəfindən 181 startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. İnkubasiya proqramlarının yekunu olaraq 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilmə nəticəsində 3 komanda mükafatlandırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Cloudflare süni intellekt ajanları üçün Kitesurf brauzerini açıq mənbəyə çıxardı

Cloudflare süni intellekt ajanları üçün nəzərdə tutulan Kitesurf brauzerini açıq mənbə kodu ilə təqdim edib.

Nvidia Çinin özüidarəedən avtomobil sənayesi üçün ehtiyat plan hazırlayır

Nvidia ixrac məhdudiyyətləri fonunda Çinin avtonom avtomobil sənayesi üçün alternativ çip və proqram həlləri hazırlayır.

Göyçay narı fermerdən 1 manata satılır, bazarda qiymət 2 manatı keçir

Göyçayda nar yığımı davam edir, fermerlər məhsulu 1 manata satır, bazarda isə qiymət 2 manatı keçir.

Enterprise blockchain yenidən canlanır: korporativ kripto infrastrukturu güclənir

Ölçəklənmə və məxfilik alətlərinin təkmilləşməsi ilə enterprise blockchain korporativ bizneslər üçün yenidən cəlbedici olur.

Konqresin ‘lame duck’ sessiyasında kripto üzrə gözləntilər zəifləyir

ABŞ Konqresinin keçid sessiyasında kripto sənayesi üzrə mühüm qanunvericilik dəyişikliklərinin olacağı gözlənilmir.
spot_img