Amazondan almaq istədiyiniz məhsul olduqda, onun daha ucuz versiyasını tapmaq istəyirsinizsə, Amazon Resale ilə eyni məhsulun az istifadə olunmuş və yaxud sadəcə qutusu zədələnmiş halını qat-qat ucuz qiymətə taparaq, pulunuza qənaət edə biləcəyinizi bilirdiniz?
Amazon Resale (Təkrar Satış) nədir?
Əvvəllər Amazon Warehouse adlanan Amazon Resale, müştərilərin keyfiyyətli istifadə olunmuş, əvvəlcədən sahiblik edilmiş və ya açıq qutu məhsulları da daxil olmaqla, geniş seçimdə böyük endirimlər tapmasına kömək edərək dəyəri təmin edir. Keçən il müştərilər orta hesabla məhsullarda 25 faizdən çox qənaət ediblər. Amazon çatdırılması, müştəri xidməti və rahat geri qaytarma üstünlükləri ilə, kompüterlər, planşetlər, Amazon cihazları, kilidsiz telefonlar və televizorlardan tutmuş, ev üçün mebel, mətbəx cihazları, bağ və bağçaya qulluq, ev təkmilləşdirmə alətləri və ev heyvanları üçün məhsullar kimi sevimli əşyalarınızı rahatlıqla ala bilərsiniz.
Amazon Resale endirimlərini necə tapa bilərəm?
Amazon Resale məhsulunu tapmağın iki əsas yolu var;
- Birincisi, Amazon Resale ana səhifəsinə daxil olmaqdır, burada kateqoriyaya görə baxa bilərsiniz və ya səhifənin yuxarısında axtarış xanasına axtardığınız məhsulu daxil edə bilərsiniz.
- İkincisi, məhsulun öz səhifəsinə daxil olmaqdır. Səhifəni aşağıya doğru sürüşdürün və “İstifadə olunmuş ilə qənaət et” və ya “İstifadə olunmuş al” bölməsinə baxın. Məhsulunuzun Amazon Resale versiyası mövcuddursa, ona klikləyərək müxtəlif vəziyyətlərdə olan variantlardan birini seçə biləcəksiniz. Amazon Resale qiymətləri məhsulun vəziyyətindən asılı olaraq dəyişəcək.
Qeyd edim ki, Amazon Resale ehtiyatları daim dəyişir, ona görə də tez-tez yoxlamaq və istədiyiniz məhsulu tapdıqda, dərhal sifariş verməyə çalışın.
Amazon Resale məhsullarının vəziyyətini necə qiymətləndirirsiniz?
Bir məhsul Amazon Resale-ə satılmamışdan əvvəl hər bir məhsulun vəziyyəti sınaqdan keçirilir və müştərilərin daha məlumatlı qərar verməsini asanlaşdırmaq üçün onun vəziyyətinə dair ətraflı təsvir verilir. Elektron məhsullar üçün dəyərləndirmənin bir hissəsi kimi onları işə salır, sınaqdan keçirir və zavod parametrlərinə qaytarılır.
Keyfiyyət yoxlanışına əsasən, hər bir məhsula dörd vəziyyətdən biri təyin olunacaq: “Yeni kimidir”, “Çox yaxşıdır”, “Yaxşıdır” və ya “Qənaətbəxşdir”.
Used – Like New (İstifadə olunmuş – Yeni kimidir): Məhsul mükəmməl iş vəziyyətindədir və bütün zəruri aksesuarları tamdır, lakin qablaşdırma zədəli ola bilər.
Used – Very Good (İstifadə olunmuş – Çox yaxşıdır): Məhsul çox yaxşı vəziyyətdədir və tam işləyir, lakin məhdud istifadəyə olmuş və kiçik kosmetik qüsurlara malik ola bilər. Məhsul zədəli qablaşdırma və ya yenidən qablaşdırılmış şəkildə gələ bilər və bəzi qeyri-zəruri aksesuarlar çatışmaya bilər. Çatışmayan aksesuarlar ayrı-ayrılıqda göstərilir.
Used – Good (İstifadə olunmuş – Yaxşıdır): Məhsul yaxşı vəziyyətdədir və tam işləyir, lakin orta istifadə nəticəsində aşınma bilər və kiçik kosmetik zərərlər, məsələn, kiçik cızıq ola bilər. Məhsul, zədəli qablaşdırma ilə və ya yenidən qablaşdırılmış şəkildə gələ bilər. Məhsulun bəzi dəyərli aksesuarları çatışmaya bilər və həmin aksesuarlar ayrıca alınana qədər istifadə oluna bilməz. Çatışmayan aksesuarlar ayrıca göstərilir.
Used – Acceptable (İstifadə olunmuş – Qənaətbəxş): Məhsul əsas funksiyasını yerinə yetirir, lakin istifadə əlamətləri, o cümlədən kosmetik zərərlər, cızıqlar, əziklər və künclərdə və ya kənarlarda aşınma ola bilər. Məhsul zədəli qablaşdırma ilə və ya yenidən qablaşdırılmış şəkildə gələ bilər. Məhsulun bəzi dəyərli aksesuarları, komponentləri və ya ehtiyat hissələri çatışmaya bilər və həmin hissələr ayrıca alınana qədər istifadə oluna bilməz. Çatışmayan hissələr ayrıca göstərilir.
Amazon Resale məhsullarını geri qaytara bilərsinizmi?
Bəli, Amazon Resale alışlarınız Amazon-un geri qaytarma siyasəti ilə əhatə olunur. Amazon Resale-də satılan hər bir məhsul özünə görə unikaldır, ona görə də Amazon məhsulu tam olaraq eyni vəziyyətdə əvəz edə bilmir, lakin stokda oxşar məhsullar ola bilər.
Mənbə; https://www.aboutamazon.com/news/retail/amazon-resale-discounts