Amazon Avtomobil satışına start verib

Amazon bu həftə Amerikada Amazon Autos-u işə salmaqla onlayn avtomobil satışlarına rəsmi olaraq start götürüb. Amazon Autos müştərilərə dilerlərdən yeni avtomobillər, yük maşınları və yolsuzluq avtomobilləri tapmaq, sifariş etmək və almaq imkanı verən e-ticarət biznesi olacaq. İlk mərhələdə Amazon, Hyundai ilə birlikdə ABŞ-ın 48 şəhərində, o cümlədən Atlanta, Boston, Çikaqo, Los-Anceles və Nyu-Yorkda satılan avtomobilləri müştərilərinə təhvil verəcək.

Artıq 2025-ci ildən daha çox şəhər və digər istehsalçıları da Amazon-da görmək mümkün olacaq. Alıcılar model, komplektasiya, rəng və xüsusiyyətlərə görə avtomobilləri axtara biləcəklər. Amazon Autos vasitəsilə müştərilər ödəmələri rəsmiləşdirə və sənədləri elektron şəkildə imzalaya biləcəklər.

Şirkət gələn il lizinq və genişləndirilmiş maliyyə imkanlarını əlavə etməyi də planlaşdırdığını bildirib.

spot_imgspot_img

Oxşar xəbərlər

Even the best AI agents struggle with everyday life — yeni benchmark nəticələri

Yeni benchmark tədqiqatı göstərir ki, ən qabaqcıl süni intellekt agentləri gündəlik tapşırıqları etibarlı şəkildə yerinə yetirməkdə çətinlik çəkir.

Ether və DeFi tokenləri səhmlər satışı fonunda bitcoindən iki dəfə çox düşdü

Qlobal səhm satışı fonunda ether və DeFi tokenləri bitcoindən iki dəfə çox itki verib. Kripto bazarı ənənəvi bazarlarla sıx bağlıdır.

Yeni fərmanla Mərkəzi Bank ixrac hesablaşmalarına nəzarət səlahiyyəti alır

Yeni fərmanla ixrac hesablaşmalarına nəzarət qaydaları dəyişir. Mərkəzi Bank valyuta tənzimi sahəsində əlavə səlahiyyətlər əldə edir.

Amazon və Meta süni intellekt agenti Muse üzərində blokadanı götürməyi müzakirə edir

Amazon və Meta iki aylıq blokadanın aradan qaldırılması üçün danışıqlar aparır. Muse agentinin gələcəyi bütün rəqəmsal bazar üçün presedent yarada bilər.

Alfa-Bank tətbiqini “fantech platforması”na çevirib, video platforma işə salıb

Alfa-Bank tətbiqini bank məhsulları ilə əyləncə xidmətlərini birləşdirən “fantech platforması”na çevirib və istifadəçilərin bir hissəsi üçün “Alfa-Şou” video platformasını işə salıb.
spot_img