Alış-veriş Qəbzləri ilə Marketinqin Yeni Erası

Günümüzdə markalar istehlakçılarla əlaqəni daha fərdi və interaktiv şəkildə qurmaq üçün innovativ həllər axtarır. Xüsusilə, satış stimullaşdırıcı kampaniyalarda istehlakçının aktiv iştirakı vacibdir. İllər boyu marketlərdə və mağazalarda keçirilən lotereyalar, kampaniyalar və mükafatlandırma sistemləri kağız kuponlar, skreç kartlar və məhsul üzərinə yapışdırılan kodlarla həyata keçirilirdi ki, bu brendlər üçün əlavə xərc və vaxt itkisinə səbəb olurdu. Bəs, bütün bu prosesləri tam avtomatlaşdırmaq mümkündürmü?

Cavab: Bəli, ScanBoost ilə mümkündür!

ScanBoost Nədir?

ScanBoost, OCR (Optical Character Recognition) texnologiyasına əsaslanan bir API servisidir və onu istənilən mobil tətbiqə və ya promo alətinə asanlıqla inteqrasiya etmək mümkündür. İstifadəçilər kampaniyada iştirak etmək üçün ScanBoost API-nin inteqrasiya edildiyi promo veb sayt, mobil tətbiq və ya bu qəbildən olan istənilən aləti açaraq çek üzərindəki QR kodu skan edirlər və ya çeki yükləyirlər. Arxa planda isə ScanBoost çeki analiz edərək lazım olan məlumatları toplayır.

ScanBoost Necə İşləyir?

  1. İstifadəçi məhsulu alır və kampaniyaya məxsus tətbiq, promo sayt və ya alət vasitəsilə qəbzdəki QR kodu skan edir və ya çeki yükləyir
  2. ScanBoost API çekin elektron versiyasını oxuyur və analiz edir
  3. Məhsul kampaniyaya uyğundursa, istifadəçi avtomatik iştirak haqqı qazanır
  4. Brend öz idarə panelində satış dinamikasını, müştəri davranışlarını və digər vacib məlumatları görür

ScanBoost-un brendlərə təqdim etdiyi üstünlüklər

  • İnkişaf etmiş müştəri analitikası – Çek məlumatları ilə müştəri alış-veriş vərdişlərini anlamaq mümkündür.
  • Əlavə istehsalat xərclərinin sıfırlanması – İçki qapağının altına kod qoymaq, xüsusi stickerlər hazırlamaq və digər bahalı metodlara ehtiyac qalmır.
  • Tam avtomatlaşdırma – Ənənəvi kampaniya mexanizmləri ilə müqayisədə insan resurslarından istifadəni minimuma endirir.
  • Lokalizasiya və hədəf marketinq – Müştərinin təxmini coğrafi yerləşməsini və alış gücünü analiz edərək fərdi təkliflər təqdim etmək imkanı yaradır.

ScanBoost ilə marketinqin gələcəyini kəşf edin!

Məhsulun formasından və növündən asılı olmayaraq, ScanBoost bütün FMCG (Tez-tez istifadə edilən istehlak malları) məhsulları üçün istifadə edilə bilər. İstehlakçılar üçün rahat, markalar üçün effektiv – ScanBoost marketinq dünyasında yeni bir dövrün başlanğıcıdır. Əgər siz də brendinizin kampaniyalarını rəqəmsallaşdırmaq və müştərilərinizə daha innovativ təcrübə təqdim etmək istəyirsinizsə, ScanBoost həllərini dərhal sınaqdan keçirin!

🔗 Daha ətraflı məlumat və əməkdaşlıq üçün Maxcreative şirkət ilə əlaqə saxlaya bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

Cənubi Koreya tokenləşdirilmiş qiymətli kağızlar bazarını 2027-ci ilə qədər qurmağı hədəfləyir

Cənubi Koreya maliyyə tənzimləyiciləri, kapital bazarlarını blockchain üzərində qurmaq üçün mərhələli plan açıqlayıb. Tam tokenləşdirilmiş bazar 2027-ci ildə istifadəyə veriləcək.

Wildberries ilk tərəfdaş məntəqələrini işə saldı

Wildberries, ölkə üzrə ilk tərəfdaş məntəqələrini işə salıb. Şirkət, çatdırılma şəbəkəsini genişləndirmək üçün sahibkarları əməkdaşlığa dəvət edir.

E-ticarət moratoriumu ilə bağlı müzakirələr ÜTT-də davam edir

ÜTT-də elektron ticarət moratoriumunun ləğvi müzakirə olunur. IISD hesabatı bunun gələcək təsirlərini araşdırır.

Google-ın yeni süni intellekt hava modeli: çətiri unutmaq üçün bəhanə yoxdur

Google-ın yeni süni intellekt hava modeli WeatherNext 3, daha dəqiq proqnozlar və Google Maps inteqrasiyası ilə istifadəçilərə təqdim edilib.

Startupların ARR göstəricisi həmişəkindən daha az etibarlıdır

Süni intellekt erası startup ARR göstəricisinin etibarlılığını azaldır. Müştəri davranışlarındakı dəyişikliklər gəlir proqnozlarını çətinləşdirir.
spot_img