Airbnb səhmlərində rekord ucuzlaşma

Airbnb-nin səhmləri ikinci rübdə məyusedici maliyyə nəticələrindən və ABŞ müştərilərindən tələbin yavaşladığına dair məlumatdan sonra 16 faizdən çox dəyər itirib.

ABŞ-da tətilçilərin tələbi yavaşlayıb. İkinci rübdə sifarişlər 8,7 faiz artaraq 125,1 milyona çatıb, lakin analitiklərin proqnozlarından xeyli aşağı qalıb.

Airbnb səhmlər 16%-dən çox ucuzlaşıb, bu, şirkətin 2020-ci ildə birjaya çıxmasından bəri ən böyük bir günlük enişdir. Airbnb-nin səhmləri ikinci rübdə məyusedici maliyyə nəticələri və ABŞ müştərilərindən tələbin yavaşladığına dair məlumat ilə əlaqədar olaraq dəyər itirib.

San-Fransiskoda yerləşən Airbnb-nin hər səhmə görə 0,86 dollar mənfəəti analitiklərin 0,92 dollar gözləntisindən aşağı olub. Şirkətin ikinci rübdə gəliri proqnozu üstələyib, 11 faiz artaraq 2,75 milyard dollara çatıb.

Digər tərəfdən, şirkətin proqnozu 2020-ci ildən bəri ən yavaş artım tempini göstərib. Hesabatında Airbnb qeyd edib ki, “qlobal miqyasda daha qısa sifariş vaxtları və ABŞ qonaqlarından tələbin yavaşladığına dair bəzi əlamətlər” görür. Şirkət həmçinin qeyd edib ki, Latın Amerikası və Asiya Sakit Okean ən sürətlə inkişaf edən regionlar olmaqda davam edir.

Evlərin günlük kirayəsində vasitəçilik üzrə ixtisaslaşan Airbnb, ikinci rübdə Şimali Amerikada sifarişlərdə cüzi artım olduğunu qeyd edib. 

Analitiklər şirkətin balans hesabatını “məyusedici” adlandırıblar.

spot_imgspot_img

Oxşar xəbərlər

Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri

“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin təhlili: İqtisadi sabitlik və pərakəndə...

Shein qalmaqalı: uşaq görkəmli seks kuklaları satışdan çıxarıldı

Çin mənşəli Shein şirkəti, Fransada uşaq görkəmli seks kuklaları...

Shopify-də Sİ axtarışı ilə edilən sifarişlərin sayı 11 dəfə artıb

Şirkətin gəliri 2025-ci ilin üçüncü rübündə 32% artıb. Süni intellekt...
spot_img