ADY stansiyalarında ödənişlər üztanıma ilə həyata keçiriləcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin stansiyalarında ödənişlər tezliklə üztanıma ilə həyata keçiriləcək.

Bunu “AzİnTelekom” MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli deyib.

O bildirib ki, artıq ADY ilə bu prosesə başlanılıb: “Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yəni ADY-nin stansiyalarında ödənişlərin həyata keçirilməsi üztanıma ilə olacaq. Bundan başqa, binaların girişlərində bu sistemlərin istifadəsi üzərində də işlər gedir”.

O qeyd edib ki, şirkət daxilində bunun testləri aparılır: “Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq”.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda ən rentabelli kənd təsərrüfatı məhsulları açıqlandı

Azərbaycanda ən rentabelli kənd təsərrüfatı məhsulları açıqlanıb. Bostan məhsulları 64,4 faiz gəlirliliklə liderdir.

Ethereum Glamsterdam testini təxirə saldı: təhlükəsizlik riski

Ethereum tərtibatçıları Glamsterdam yeniləməsinin test mərhələsini təhlükəsizlik riskləri səbəbindən dayandırıb.

OpenAI qərar modelini geniş istifadəyə açdı: rəqabət qızışır

OpenAI qərar modelini geniş auditoriya üçün əlçatan edib. Bu addım qərar qəbulu modelləri bazarında rəqabətin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

inDrive 2027-ci ildə Mərkəzi Asiyada robotaksi sınaqlarına başlayacaq

inDrive 2027-ci ildə Qazaxıstanda Pony.ai və Nvidia ilə robotaksi sınaqlarına başlamağı planlaşdırır.

İrlandiya Mərkəzi Bankı Coinbase-in avropa bölməsini 3,6 milyon avro cərimələdi

İrlandiya Mərkəzi Bankı Coinbase-in Avropa bölməsini nəzarət öhdəliklərinin pozulmasına görə 3,6 milyon avro cərimələyib.
spot_img