“Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama

Mərkəzi Bankın İdarə Heyətininin 10 dekabr 2024-cü il tarixli 49/3 nömrəli Qərarı ilə “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq edilib və qərar 21 dekabr 2024-cü il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, müvafiq Tələblər “Açıq bankçılıq” yanaşmasının tətbiqi məqsədilə təsdiq edilib. Belə ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 62.7-ci maddəsinə əsasən Mərkəzi Banka operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququ verilib. Bununla da maliyyə bazarlarında “Açıq bankçılıq” yanaşmasının tətbiqi mümkün olub.

Tələblərdə ödəniş hesabına giriş interfeysi üzrə dəstəklənən xidmətlər, interfeys iştirakçılarının fəaliyyətləri və interfeysin istifadə halları əhatə olunub. İnterfeysdən istifadə hallarına ödəniş hesabı üzrə məlumat, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və açıq məlumat xidmətləri daxil edilib.

Qəbul olunmuş tələblər ölkəmizin maliyyə bazarlarında innovativ xidmət və məhsulların yaradılması, bununla da maliyyə bazarlarında xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılması, ölkədə rəqəmsal bankçılıq və maliyyə texnologiyaları üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin daha müasir müstəvidə qurulması və nəzarət subyektləri arasında tənzimləmə mühitinin qorunmasına xidmət edəcəkdir.

Yeni Tələblər barədə daha ətraflı məlumatla keçid linki vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/assets/1188c545eb180fc9e396d4bf0.pdf

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto ticarətini ABŞ və Asiyaya genişləndirən LO:TECH 12 milyon dollar cəlb edib

LO:TECH startupı ABŞ və Asiya bazarlarına genişlənmək üçün 12 milyon dollar investisiya cəlb edib.

Cənubi Koreya banklarından böyük kripto hücumuna dair risk sorğusu

Cənubi Koreya Mərkəzi Bankı ən böyük banklara kripto hücumu ssenarisinin təsirini qiymətləndirən ilk sorğunu göndərib.

Apple, Netflix və OpenAI Azərbaycanda ƏDV uçotuna alınıb — tam siyahı

DVX 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısını ƏDV uçotuna alıb — Apple, Netflix, OpenAI və TikTok da siyahıda yer alır.

Süni intellekt çıxarışı üzrə ixtisaslaşan Fal startupı 16 milyard dollarlıq dəyərə çatıb

Fal startupı 1,3 milyard dollarlıq investisiya raundu ilə dəyərini 16 milyard dollara çatdırıb — süni intellekt çıxarışı bazarında tələb sürətlə artır.

Binance-də 6,34 milyard dollarlıq kripto oğurluğu: hakerlər aylarla hazırlaşıb

Binance tarixin ən böyük kripto oğurluğunun detallarını açıqlayıb — hakerlər aylarla hazırlaşıb və daxili süni intellekt alətlərini kompromet ediblər.
spot_img