AccessBank-dan Apple Pay istifadəçilərinə sərfəli keşbek kampaniyası!

Müştərilərə daim yenilənmiş və innovativ maliyyə həlləri təklif edən AccessBank, bu dəfə Apple Pay rəqəmsal cüzdanının istifadəçiləri üçün sərfəli keşbek kampaniyasına start verdiyini elan edir.    

Ölkəmizdə nağdsız hesablaşmaların stimullaşdırılması və müştərilərin rahatlığını təmin etmək məqsədi ilə keçirilən kampaniya çərçivəsində bütün müştərilərə Apple Pay vasitəsilə minimum 10 AZN dəyərində birinci əməliyyat üzrə 2 AZN keşbek ödənilməsi təmin ediləcək.

Kampaniya 24.09.2024-cü il tarixindən 30.11.2024-cü il tarixinədək qüvvədir.

Kampaniyaya qoşulun, AccessBank kartınızda Apple Pay-i aktiv edərək daha rahat və sürətli ödənişlərdən həzz alın!

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar . 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (FacebookInstagramLinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. 

spot_imgspot_img

Oxşar xəbərlər

Clarity Act ehtimalları proqnoz bazarlarında kəskin artdı

Proqnoz bazarlarında Clarity Act-ın qəbulu ehtimalları artıb, lakin kripto qanun layihəsi hələ də uzun yol qət etməlidir.

Mecka robotların öyrədilməsi üçün 500 milyon dollar dəyərləmə ilə investisiya alır

Robot öyrədilməsi üzrə ixtisaslaşan Mecka startapı Sequoia Capital-ın rəhbərliyi ilə 500 milyon dollar dəyərləmə üzrə investisiya alır.

Amazon Prime Video qısa formatlı xəbər klipləri ilə TikTok-a meydan oxuyur

Amazon Prime Video tələb əsaslı qısa xəbər klipləri təqdim edərək qısa formatlı video bazarına daxil olur.

ABŞ bankları stablecoin mükafatlarına sərt limit tələb edir

ABŞ bankları stablecoin mükafatlarına daha sərt məhdudiyyətlər tələb edir, Senat isə Clarity Act layihəsinə səsverməyə hazırlaşır.

Moody’s: Azərbaycan süni intellekt infrastrukturunda region lideridir

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanı regionda süni intellekt infrastrukturunun inkişafına görə lider ölkələrdən biri adlandırıb.
spot_img