“GoldenPay” şirkətinin nizamnamə kapitalı artırlıb

29.03.2024-cü il saat 11:00-da “Qoldenpey” ASC-nin Səhmdarının növbədənkənar Ümumi Yığıncağının iclası keçiriləcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Qoldenpey” ASC-nin nizamnamə kapitalının artırılması;

2. “Qoldenpey” ASC-nin Nizamnaməsində dəyişikliklərin təsdiq edilməsi.

3. Digər cari məsələlər.

Səhmdarın növbədənkənar Ümumi Yığıncağının gündəliyində olan məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.

İclas “Qoldenpey” ASC-nin baş ofisinin iclas zalında keçiriləcək.

Hazırda “Qoldenpey” ASC 571 min manat nizamnamə kapitalına malikdir. Ödəniş təşkilatları və elektron pul təşkilatları qarşı yeni tələblərə görə, bu qurumların nizamnamə kapitalları minimal tələblərə cavab verməlidir.

Qeyd edək ki, “Qoldenpey” ASC hesab.az onlayn ödəniş portalının sahibidir. 

spot_imgspot_img

Oxşar xəbərlər

n11 yeni loqosunu təqdim edib

Türkiyənin ən köklü e-ticarət platformalarından biri olan n11, on...

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

Papara-nın elektron pul lisenziyası ləğv edildi

Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), Papara-nın elektron pul qurumu...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...
spot_img