Azercell Akart kəşbək % dərəcələrini azaldır

Bu gün sosial media platformalarında Azercell-in Akart adlı rəqəmsal cüzdanı vasitəsilə öz müştərilərinə təqdim etdiyi kəşbək faizlərini azaldacağı qeyd olunub. Saytın Loyallıq və Kəşbək məlumatları bölməsində: – Supermarketlər, YDM-lər, apteklər, avtomobil ehtiyat hissələri mağazalarında 5% keşbek, qalan digər kateqoriyalar üzrə isə 1% keşbek əldə et. – qeyd olunsa da, növbəti sətirdə bu imtiyazların 9 fevral 2024 tarixindən etibarən dəyişəcəyi bildirilir.

Qeyd: 9 fevral 2024-cü il tarixindən etibarən supermarket, aptek, YDM və avtoehtiyat hissələri mağazalarında edilən ödənişlərə 2% keşbek hesablanacaq.

Azercell şirkətinin kəşbək komissiyalarına etdiyi dəyişiklik, sosial media istifadəçilərinin narazılığına səbəb olub. Məsələyə aydınlıq gətirmək üçün, bildirmək istərdik ki, maliyyə xidmətləri göstərən şirkət və qurumların bu cür aksiyaların keçirtmələri normaldır. Hətta yüksək faizli kəşbək komissiyaları əksər hallarda şirkətin öz marketinq büdcəsindən qarşılanır. Buna görə də şirkət ya qarşısına qoyduğu məqsədlərə çatdıqda, ya da bu büdcə bitdikdə kampaniyanı davam etməyə bilər. Ancaq istənilən halda bu növ dəyişikliklər barədə müştərilərə bir ay əvvəldən verilməsi daha məqsədəuyğun olardı deyə düşünürük.

Akartın saytında qeyd olunmuş digər bir məqamı da qeyd etmək istərdik. Belə ki, akart kəşbək proqramı çərçivəsində istifadəçilər bir ay ərzində toplamda 100 AZN kəşbək qazana bilərlər. Bu qayda dəyişmədiyinə görə, bu dəfə müştərilər eyni kəşbəki qazanmaq üçün daha çox xərcləməli olacaqlar.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img