Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarət edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.

Nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Koreya Mərkəzi Bankı rəqəmsal valyuta modelini dəstəkləyir

Bank of Korea namizədi Shin Huyn-song mərkəzi bank rəhbərliyinə əsaslanan CBDC modelini dəstəkləyərək stablecoin-lərin rolunun məhdud saxlanılmasını müdafiə etdi.

LLM agentləri ilə fintech xərclərini azaltmaq mümkündür

Fintech qrupu 'Svoy' LLM agentlərinin optimallaşdırılması üçün sistemli təlimat hazırladı. AI alətlərinin düzgün istifadəsi xərcləri azaldır və kodu daha dəqiq edir.

Bitcoin 75,000 dollara yaxınlaşır: yeni rally başlayır?

Bitcoin qiyməti 75,000 dollar həddini keçdi və analitiklər bu rally-nin davamlı olub-olmayacağını müzakirə edir. ETF-lərdən 291 milyon dollar çıxış qeydə alındı.

Microsoft 365 Copilot-a OpenClaw tipli agent xüsusiyyətləri gəlir

Microsoft, OpenClaw tipli agent xüsusiyyətlərini Microsoft 365 Copilot-a inteqrasiya etməyi test edir. Yeniliklər Build 2026-da elan ediləcək.

Amazon Leo təyyarələr üçün 1 Gbit/s peyk internet terminalı təqdim edib

Amazon Leo şirkəti təyyarələr üçün 1 Gbit/s yükləmə sürəti təmin edən yeni peyk internet terminalını təqdim etdi.
spot_img