Baku Ecommerce Meetup 2025 keçirilib

Yanvarın 28-də Azərbaycan İnnovasiya Mərkəzində, Baku Ecommerce Meetup 2025 v.1 tədbiri uğurla keçirilib. Ecommerce Community AzerbaijanBonPara təşkilatçılığı, eyni zamanda Azərbaycan İnnovasiya Mərkəzinin dəstəyi ilə təşkil olunan görüş e-ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar, startap sahiblərini və mütəxəssisləri bir araya gətirdi.

Tədbirdə BonPara şirkətinin təsisçisi Orxan Əhmədov ecomX E-ticarət Pre-inkubasiya və İnkubasiya proqramları haqqında təqdimat keçirtdi. Orxan Əhmədov bu proqramın məqsədlərini, iştirak şərtlərini və sahibkarlara təqdim etdiyi imkanları izah etdi. ecomX platforması e-ticarət sahəsində biznes qurmaq istəyən şəxslərə dəstək vermək, onları bazar mühitinə hazırlamaq üçün nəzərdə tutulub. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SUP.VCEcommerce Community Azerbaijan dəstəyi ilə həyata keçiriləcək və 6 ay ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkərandan olan yüzlərlə şəxsə uğurlu E-ticarət qurmağın yollarını təlim keçərək, Azərbaycanda E-ticarət əsaslı ilk İnkubasiya proqramının təməlini qoyacaq.

Daha sonra Rauf Heydərov, Sandıqapp adlı yeni loyallıq tətbiqini təqdim etdi. Bu innovativ tətbiq istifadəçilərə market alış-verişlərindən yığılan çeklər vasitəsilə lotereyada iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. Təqdimat zamanı Sandıqapp-ın qısa müddətdə qazandığı uğurlar və gələcək inkişaf planları müzakirə olundu.

Bakı E-ticarət Görüşləri davam edəcək

Baku Ecommerce Meetup-ların hər ay təşkil olunması planlaşdırılır. Fevralın sonunda baş tutacaq növbəti görüşdə:

✅ Minimum 2, maksimum 3 təqdimatçı iştirak edəcək.
✅ Sahibkarlar və mütəxəssislər öz layihələrini tanıdaraq təcrübələrini bölüşəcəklər.
✅ Təqdimatlar yalnız məlumat paylaşımı deyil, eyni zamanda fikir mübadiləsi və rəy toplama imkanı yaradacaq.

Baku Ecommerce Meetup həm təcrübəli e-ticarət sahibləri, həm də yeni biznesə başlamaq istəyənlər üçün mühüm şəbəkələşmə və bilik mübadiləsi platformasına çevrilir. Görüşlərdə iştirak etmək və növbəti tədbirlər barədə məlumat almaq üçün Ecommerce Community Azerbaijanı izləməyi unutmayın! 🚀

spot_imgspot_img

Oxşar xəbərlər

200,000 MCP serveri açıq qalmış komanda icra zəifliyi ilə təhdid altında

Anthropic tərəfindən yaradılmış Model Context Protocol (MCP) standartında aşkarlanan təhlükəsizlik problemi 200 mindən çox serveri riskə atıb.

Claude Code bacarıq bazarı inkişafçılar üçün yeni fürsətlər yaradır

Anthropic şirkəti Claude Code üçün bacarıq marketpleysini aktivləşdirib. İlkin sınaqlar göstərir ki, platforma inkişafçılara böyük rahatlıq gətirir.

Ethereum Fondu xəzinə strategiyası çərçivəsində 10,000 ETH satdı

Ethereum Fondu 10,000 ether-i BitMine-ə sataraq ehtiyatlarını şaxələndirir. Bu, mart ayındakı satışdan sonra ikinci böyük əməliyyatdır.

Clarity Aktı stabil koin mükafatlarına icazə verərək bank gəlirini qoruyur

Clarity Aktı kripto şirkətləri üçün stabil koin əsaslı loyallıq mükafatları dövrünü başladır. Layihə 'bona fide' əməliyyatları dəstəkləyir.

SBI Holdings kriptovalyuta birjası Bitbank-da pay əldə etmək niyyətindədir

SBI Holdings Yaponiya kriptovalyuta birjası Bitbank-da səhm almaq üçün danışıqlar aparır. Bu addım şirkətin rəqəmsal aktivlər strategiyasının bir hissəsidir.
spot_img