“Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama

Mərkəzi Bankın İdarə Heyətininin 10 dekabr 2024-cü il tarixli 49/3 nömrəli Qərarı ilə “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq edilib və qərar 21 dekabr 2024-cü il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, müvafiq Tələblər “Açıq bankçılıq” yanaşmasının tətbiqi məqsədilə təsdiq edilib. Belə ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 62.7-ci maddəsinə əsasən Mərkəzi Banka operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququ verilib. Bununla da maliyyə bazarlarında “Açıq bankçılıq” yanaşmasının tətbiqi mümkün olub.

Tələblərdə ödəniş hesabına giriş interfeysi üzrə dəstəklənən xidmətlər, interfeys iştirakçılarının fəaliyyətləri və interfeysin istifadə halları əhatə olunub. İnterfeysdən istifadə hallarına ödəniş hesabı üzrə məlumat, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və açıq məlumat xidmətləri daxil edilib.

Qəbul olunmuş tələblər ölkəmizin maliyyə bazarlarında innovativ xidmət və məhsulların yaradılması, bununla da maliyyə bazarlarında xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılması, ölkədə rəqəmsal bankçılıq və maliyyə texnologiyaları üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin daha müasir müstəvidə qurulması və nəzarət subyektləri arasında tənzimləmə mühitinin qorunmasına xidmət edəcəkdir.

Yeni Tələblər barədə daha ətraflı məlumatla keçid linki vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/assets/1188c545eb180fc9e396d4bf0.pdf

spot_imgspot_img

Oxşar xəbərlər

JD.com-dan loyallıq proqramları üçün səmərəli AI agent təlim metodu

JD.com tədqiqatçıları müştəri loyallığı sistemlərini gücləndirmək üçün az hesablama resursu ilə məntiqi AI agentləri qurmağa imkan verən yeni metod təqdim ediblər.

Otter müəssisə alətləri arasında vahid axtarış funksiyasını təqdim etdi

Otter artıq istifadəçilərə Gmail, Google Drive, Notion, Jira və Salesforce hesablarını birləşdirərək bir axtarışda məlumatları sorğulamaq imkanı verir.

Newegg 2025-ci ildə ortalama sifariş dəyərini 448 dollara çatdırdı

Newegg-in 2025-ci il maliyyə nəticələrinə əsasən ortalama sifariş dəyəri 448 ABŞ dollarına yüksəlib, aktiv müştəri sayı isə artıb.

İsrail ilk tənzimlənən stabilkoini – rəqəmsal şekeli təsdiqlədi

İsrail BILS adlı rəqəmsal şekel stabilkoinini təsdiqlədi; layihə Solana, Fireblocks və EY ilə əməkdaşlıqda hazırlanıb.

Shark Tank dəstəkli Scholly qurucusu şirkəti satın alan Sallie Mae-ni məhkəməyə verir

Shark Tank-da iştirak edən Scholly startapının qurucusu, şirkəti satın alan Sallie Mae-nı məhkəməyə verib.
spot_img