Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva “Chain Reaction 2024” forumu çərçivəsində keçirilən “Mədəniyyət olaraq innovasiyalar” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır: “Bakıda olan mərkəzi biz yaradırıq, Gəncə və Sumqayıtda açılacaq mərkəzlər üzrə isə tərəfdaşlarımızla iş aparırıq. Onlara bu işdə həm maliyyə həm də kontent dəstəyi göstəririk.

Hədəfimiz bu mərkəzlərdə təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların yaradılmasını stumullaşdırmaqdır. Çünki innovasiya mərkəzləri innovasiya mədəniyyətinin formalaşması üçün çox vacibdir. Bu, nəticə etibarı ilə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır. Böyük şirkətlərdə bu cür ideyalara böyük tələbat var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər”.

Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Çin 3-5 ildə yuan stablecoin buraxacaq: Circle CEO açıqlaması

Circle-ın CEO-su Çinin 3-5 il içində yuan-a bağlı stablecoin buraxacağını proqnozlaşdırır. Bu addım dollar hegemoniyasına ciddi rəqabət yarada bilər.

Amex Hyper-i Satın Alır: AI ilə Xərc İdarəetməsində Yeni Dövr

American Express agentic xərc idarəetmə şirkəti Hyper-i satın alaraq kommersiya xidmətlərində süni intellekt imkanlarını artırır. Fintech sektorunda AI yarışı qızışır.

Anthropic Mythos AI Modelini Britaniya Banklarına Təklif Edir

Anthropic-in Mythos AI modeli kibermüdafiə zəifliklərini aşkar edə bilir və şirkət bu modeli seçilmiş Britaniya banklarına təqdim etməyə hazırlaşır.

Walmart Great Value Brendinin Dizaynını Yeniləyir

Walmart 30 illik Great Value özəl etiket brendinin qablaşdırmasını modernləşdirəcəyini açıqladı, son dəyişiklik 10 il əvvəl edilmişdi.

Anthropic 800 Milyard Dollar Qiymətləndirməni Rədd Etdi

Süni intellekt şirkəti Anthropic, OpenAI-ya rəqib qiymətləndirmə ilə 800 milyard dollar dəyərindəki vençur kapital təkliflərini hələlik qəbul etməyib.
spot_img