Restoranlarda nağdsız bəxşişlərin qəbulunu stimullaşdırmaq üçün kampaniya başladı

E-PUL və Visa ödəniş xidməti ölkədə restoranlar şəbəkəsində NOCASH platformasından nağdsız bəxşişlərin qəbulu üçün stimullaşdırıcı kampaniyaya başlayıb. VİSA bank kartı sahibləri Apple/GPay istifadə edərək nağdsız bəxşiş ödəyə bilərlər.

E-PUL ödəniş xidməti NOCASH startapı və Visa şirkəti ilə birgə ölkənin əksər restoranlarında nağdsız bəxşişlərin qəbulunu stimullaşdırmaq üçün kampaniyaya başladığını elan etdi.

Restoranın hər bir ziyarətçisi Visa kartından istifadə edərək bəxşiş ödəyərkən, telefon kamerasını ödəniş üçün təqdim edilmiş hesab-fakturanın QR NOCASH-a tuşlayacaq. Ödəniş zamanı məbləğdən əlavə 10% artıq vəsait ofisiantın hesabına köçürüləcək.

NOCASH platforması – QR kodlar vasitəsilə xidmət işçilərinə bəxşişləri rahat şəkildə ödəmək üçün nəzərdə tutulmuş innovativ həlldir. NOCASH proqramı bəxşiş ödəniş prossesinin asanlaşdırılması və daha rahat icrası üçün hazırlanmışdır.

Personal üçün nağdsız bəxşişlərin ödənilməsini stimullaşdıran Visa kampaniyası 24 iyun 2024-cü ildən başlayıb və üç ay davam edəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Anthropic Mythos AI Modelini Britaniya Banklarına Təklif Edir

Anthropic-in Mythos AI modeli kibermüdafiə zəifliklərini aşkar edə bilir və şirkət bu modeli seçilmiş Britaniya banklarına təqdim etməyə hazırlaşır.

Walmart Great Value Brendinin Dizaynını Yeniləyir

Walmart 30 illik Great Value özəl etiket brendinin qablaşdırmasını modernləşdirəcəyini açıqladı, son dəyişiklik 10 il əvvəl edilmişdi.

Anthropic 800 Milyard Dollar Qiymətləndirməni Rədd Etdi

Süni intellekt şirkəti Anthropic, OpenAI-ya rəqib qiymətləndirmə ilə 800 milyard dollar dəyərindəki vençur kapital təkliflərini hələlik qəbul etməyib.

Amazon Satıcıları Reklam Boykotu: Siyasət Dəyişikliklərinə Etiraz

Yüzlərlə iri Amazon satıcısı ödəniş müddəti və haqqların artırılmasına etiraz olaraq platformanın reklam sistemini bir günlüyə boykot etdi.

HyperSKU BigBuy-a investisiya etdi: 4 milyon avro raund

Qlobal təchizat platforması HyperSKU, BigBuy-ın 4 milyon avroluk maliyyə turuna strateji investor kimi iştirak etdi. Avropa dropshipping bazarı yeni tərəfdaşlıqla güclənir.
spot_img